Zərif bütün tərəflərin Lozanna anlaşmasına sadiq qalmasını vuğrulayıb
İyun 05, 2015 09:09 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri bildirib: Əgər bütün tərəflər Lozanna anlaşmasına sadiq qalarlarsa, yekun nüvə anlaşmasını əldə edəcəyik.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif cümə axşamı günü Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasının kənarında əl-Minar müxbirinə verdiyi müsahibədə deyib: İran və 5+1 Qrupu bütün məsələlər üçün cavablar tapıb və hazırda cavabların yazılması və tənzimlənməsi mərhələsidir.Zərif müzakirələrin qarşısında duran maneələrin siyasi və yaxud texniko olması barəsində sualı belə cavablandırıb: Texniki məsələlərlə əlaqədar tənzimlənmə üçün həmişə həll yolları tapmaq mümkündür. Lakin yeni məslələrin irəli sürülməsi üçün səylər və artan tələblər irəliləməyə mane olur.
İran xarici işlər naziri eyni zamanda ümidvarlıq edib ki, bütün tərəflər Lozannada əldə olunan anlaşmaya sadiq qalacaq, bu anlaşmaların detallarını aydınlaşdırmaq üçün səy göstərəcək və anlaşmaya çatmaq üçün zəmin yaradacaqlar.
Zərif həmçinin Yəmən böhranı barədə də deyib: Təəssüflər olsun ki, regionda bəzi tərəflər xülyadadırlar və düşünürlər ki, Yəmən məsələsinin hərbi həll yolu vardır.
İran xarici işlər naziri vurğulayıb: Bütün tərəflər bilməlidirlər ki, Yəmən məsələsinin yeganə həll yolu diplomatik həll yoludur və hamı ilkin şərt olmadan müzakirə masası arxasında oturmalıdır.