15 xordad; İmam Xomeyninin (rə) tarixi qiyamının ildönümü
İyun 05, 2015 09:55 Asia/Baku
Bu gün 15 xordad, 5 iyun 1342-ci günəş ili, 1963-cü milad ili İmam Xomeyninin (rə) tarixi qiyamının ildönümü gününə təsadüf edir.
İranın müasir tarixində çox həssas və dönüş nöqtələri qeydə alınmışdır. Lakin 1342-ci günəş ili 15 xordad qiyamı xüsusi əhəmiyyət kəsb edir. 52 il öncə belə bir gündə və acı hadisədə İmam Xomeyninin (rə) Qumun Feyziyyə mədrəsəsində ifşaçılıq xarakterli çıxışının ardınca Pəhləvi rejiminin amilləri imamın Qum şəhərindəki mənzilinə soxularaq onu həbs etdilər. İmam Xomeyni İmam Hüseyn (ə) aşurasında Qumun Feyziyyə mədrəsəsində etdiyi çıxışında Pəhləvi rejiminin cinayətləri və şahın sionist İsrail rejimi ilə əlaqələrini ifşa etmişdi. İmam Xomeyninin həbsinə reaksiyada insanlar ruhanilərin dəstəyi və imamla ayrılmaz bağlara əsasən müxtəlif şəhərlərd, o cümlədən Tehran və Qumu şah rejiminə qarşı geniş etirazlar səhnəsinə çevirdilər. Bu ictimai etiraz zamanı rejimin repressiv qüvvələri vəhşicəsinə basqınlar, o cümlədən Qumun Feyziyyə mədrəsəsinə basqın edərək çoxlu sayda insanı şəhid etdi, yaraladı və həbs etdilər. Bu isə, müstəbid rejimin dağılması və imperializmə qarşı bütün hərəkatlar, o cümlədən islam müqaviməti və islami oyanışın başlanğıc nöqtəsi oldu.İran İslam Respulbikasının banisi İmam Xomeyni (rə) 1342-ci günəş ili 15 xordadda müstəbid şah rejiminə qarşı siyasi hərəkatı həssas mərhələyə daxil etdi və bir dekadadan çox müddət ərzində çoxlu çətinliklər, o cümldən ölkədən xaricə sürgünlə üzləşdilər.