İran və ABŞ-ın müzakirəsinin bir turu başa çatdı; ekspertlərin iclası davam edir
İyun 05, 2015 20:08 Asia/Baku
İran xarici işlər naziri və ABŞ dövlət katibinin müavinlərinin yekun anlaşma mətninin tənzimlənməsi prosesinin araşdırılması üzrə Vyanadakı müzakirələri bu gün 1,5 saat davam etdikdən sonra başa çatıb və ekspertlər hələ də öz müzakirələrini davam etdirirlər.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi bu gün Tehran vaxtı ilə saat 12:00-da ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşərək danışıqlara başlayıblar.Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi cümə axşamı günü avropalı, rus və çinli həmkarları ilə ayrı-ayrılıqda görüşərək yekun anlaşmanın mətninin tənzimlənməsi prosesi barəsində məsləhətləşmə aparıblar.
Nazir müavinləri ehtima üzrə sabah Vyananı tərk edəcəklər. Lakin ekspert heyətləri Vyanada qalaraq müzakirələri sıx şəkildə davam etdirəcəklər.
Cümə axşamı günü müzakirələrin ilk turundan Vyanada olan Vendi Şerman Con Kerri ilə telefon əlaqəsi yaradaraq müzakirələrin prosesi barəsində ABŞ dövlət katibinə ətraflı məlumat verib.
İran müzakirəçilərinin 5+1 Qrupunun xarici işlər nazirlərinin müavinləri ilə ümumi iclası yekun anlaşmanın mətninin tənzimlənməsi üzrə müzakirələrin 6-cı turunun başlanğıc proqramı idi.