Laricani: Tamahkarlıqlar nüvə anlaşmasının əldə olunmasına maneədir
İyun 06, 2015 20:36 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri bəzi Qərb tərəflərinin tamahkarlıqlarını İran və 5+1 Qrupu arasında yekun nüvə anlaşmasının əldə olunmasına maneə adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brukla görüşdə İslam Şurası Məclisinin İran və Altılıq qrupu arasında müzakirələri dəstəklədiyinə toxunaraq deyib: Mətnin tənzimlənməsi mərhələsində məntiqi baxışla və tamahkarlıqdan çəkinməklə, eləcə də yeni məsələləri irəli sürməməklə bu müzakirələrdə yekun anlaşmanı əldə etmək olar.İran və Avropa ölkəkləri arasında iqtisadi və ticarət əlaqələrin müsbət keçmişinə toxunan Laricani tərəflərin parlamentlərinin nümayəndələrinin ikitərəfli iqtisadi və ticarət dövriyyələrinin sadələşdirilməsindəki təsirli rolunu vurğulayıb.
Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Bruk da Avropa ölkələri və iş adamlarının İranla əməkdaşlıqlarının güclənməsində maraqlı olduğuna toxunaraq deyib: İranın geniş iqtisadi potensialı və qüdrətini nəzərə alaraq Avropa ölkələrinin öz ticarət kanallarını çeşidləndirmək üçün bu ölkə ilə ticarət əlaqələrini gücləndirməsi zəruridir.