İyun 07, 2015 09:37 Asia/Baku
  • Ekspertlər ixtilaflı halları araşdırırlar
    Ekspertlər ixtilaflı halları araşdırırlar

İranın nüvə müzakirə heyətinin ekspert komandasının rəhbəri Həmid Bəidinejad Vyanada müzakirələrin 3-cü prosesini ləng adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məluamta görə, İran XİN-in Siyasət və Təhlükəsizlik İdarəsinin baş direktoru öz İnstagram səhifəsində yazıb: Müzakirələrin 3-cü gününün sona çatması və cümə günü gecə saat 11:30-a qədər davam edən müavinlərin iclasının bitməsi ilə şənbə günü səhər müavinlər Vyananı tərk etdilər. Lakin qərara alındı ki, ekspert iclasları davam etsin. Buna əsasən şənbə günü səhər və günortadan sonra nüvə və sanksiyalar məsələləri barəsində İran və 5+1 Qrupunun nümayəndələri arasında 2 ekspert iclası keçirildi. Həmin iclaslarda əlavələr üzərində müzakirə aparıldı və əlavələr araşdırıldı. Ekspert müzakirələrinin bu mərhələsinin keçirilməsi ilə bu tur müzakirələr sona çatdı. Bu müzakirələrdən sonra çərçivənin təyin olunması və müavinlər və ekspertlərin növbəti iclaslarının zamanının müəyyənləşməsi üçün lazımi koordinasiyalar həyata keçiriləcək. Ümumilikdə müzakirələrin mürəkkəb olduğunu nəzərə aldıqda mətnlərin tənzimlənməsi ilə əlaqədar müzakirələrdə ləng irəliləyiş vardır. Lakin bu tur müzakirələrdə nüvə və sanksiya məsələləri barədə texniki əlavələrlə bağlı əsas mətn daha da təkmilləşdi və bu mətnin tənzimlənməsi üçün ixtilaflı hallarla əlaqədar əsaslı müzakirələr aparıldı.

Teqlər