İraqçı: Yekun anlaşmanın bir əsas mətni və 5 əlavəsi vardır
İyun 07, 2015 09:52 Asia/Baku
İranın nüvə müzakirə komandasının baş üzvü tənzimlənməkdə olan mətnin xüsusiyyətləri və əlavələrə toxunaraq deyib: Əgər yekun anlaşmaya çatarıqsa, bir əsas mətn olacaqdır və onun üçün 5 əlavənin nəzərdə tutulacağını düşünürəm.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Seyid Abbas İraqçı Vyananı tərk etməzdən öncə bu məsələyə toxunaraq əlavə edib: bir əlavə sanksiyalar məsələsi ilə əlaqədardır və sanksiyalarla əlaqədar olan bütün detallar ləğv olunacaq qanunlar və bu qanunların praktiki təsiri əlavədə detalları ilə araşdırılacaq.İraqçı bildirib: Bir əlavə texniki məsələlərə və nüvə ilə əlaqədar müxtəlif cəhətlərə aiddir. Verilən qərarlar və Lozannada əldə olunan həll yollarının hansı şəkildə icra olunması ilə bağlıdır. Digər bir əlavə İranla sülhməramlı nüvə əməkdaşlıqları barəsində olacaq. Belə ki, ölkələr hansı sahələrdə İranla əməkdaşlıq edə bilərlər. Güclü yüngül su reaktorları, AES-lər, təhqiqat reaktorları, nüvə şirinləşdirici su, araşdırma və genişləndirmə, nüvə zənginləşdirməsi, sülhməramlı nüvə sahəsində olan bütün məsələlərlə əlaqədar sahələr bu əlavədə izah olunacaq.
"Digər bir əlavə də təşkil olunacaq müştərək komissiya barədədir. Onun formatı, icra qanunları, hansı məsələləri və hansı formada araşdıracağı bəlli olacaq. Bütün anlaşma məsələləri barədə, eləcə də son əlavə ilə bağlı icra proqramı olacaqdır. Bu addımları hər iki tərəf müəyyən zaman cədvəli əsasında atmalıdırlar" -deyə İraqçı bildirib.
O söyləyib: Yekun anlaşmanın məhsulu tam təfərrüatlı bir sənəd olacaq. Əsas mətn 20 səhifədən çox olacaq və təxminən 40-50 səhifə əlavələr toplusudur. Bu sənədin hər bir sözü araşdırılır və bəzən bəzi sözlər üzərində mübahisələr və fikir ayrılıqları yaranır.
İranın nüvə müzakirə komandasının baş üzvü əlavə edib: Bu mətn və onun əlavələrinin müxtəlif hissələri hələlik mötərizə içindədir. Bəzi hallarda ixtilaf var. Lakin iş irəliləyir. Lakin çox ləng.
İraqçı sanksiyaların geri qayıdışının qəbulu və sanksiyaların ləğvinin zaman cədvəlinin formatı barədə deyib: Geriyə qayıdışı qəbul etmək əsas məsələdir ki, hər iki tərəfin onun üzərində rəyi vardır. Lakin biz heç bir vəchlə qarşı tərəfə etimad etmirik. Buna görə, anlaşmada bütün tənzimlənmə elə formada olacaq ki, hər tərəf qarşı tərəfin öhdəliklərini pozduğunu hiss etdiyində geri qayıda bilər və yenidən anlaşmadan öncə olan məsələləri icra edə bilər.
İraqçı sonda deyib: Müzakirələr 1 iyula qədər mütləq davam edəcək.