Prezident: Ədalətsiz sanksiyalar ləğv olunmalıdır ki, sərmayə gəlsin
İyun 07, 2015 10:52 Asia/Baku
İran İslam Respublikası prezidenti sərmayənin ölkəyə daxil olması və insanların problemlərinin aradan qalxması üçün ədalətsiz sanksiyaların ləğvinin zəruriliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ətraf Mühit Həftəsi ilə əlaqədar keçirilən mərasimdə çıxış edən cənab Həsən Ruhani deyib: Ədalətsiz sanksiyalar getməlidirlər ki, sərmayə gəlsin. Ətraf mühit məsələsi, gənclərin işlə təmin olunması, sənaye, ictimaiyyət, içməli su məsələləri həll olunsun, su mənbələri artsın və banklar canlansın.İran prezidenti təbiətdən düzgün istifadəni vurğulayaraq bu sahədə texnologiyadan istifadə və investisiyanın yatırılması ilə ətraf mühitin çirklənməsinin aradan qaldırılmasını zəruri adlandırıb.
Cənab Ruhani bildirib: Bu gün artıq ətraf mühit zinət deyildir. Həyati və əsaslı məsələdir.
İran prezidenti bu mərasimdə 10-cu milli ətraf mühit mükafatının laureatlarını təbrik edib.