Beynəlxalq Tikinti Sənayesi, İstilik və Sərinlik Sənayesi Sərgisi Məşhəddə işə başlayıb
İyun 09, 2015 10:52 Asia/Baku
18-ci Beynəlxalq Tikinti sənayesi, İstilik və Sərinlik Sənayesi Sərgisi Məşhəddə işə başlayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu sərgi İranın 16 vilayətindən 326 daxili, 12 ölkədən 27 xarici şirkətin nümayəndəliyinin iştirakı ilə keçirilir.İştirakçılar öz nailiyyətlərinin 1755 pavilyonda nümayiş etdirirlər.
Bu sərgidə daxili şirkətlər və Almaniya, İngiltərə, İtaliya, Fransa, Yaponiya, Çin, Türkiyə, Hollandiya, Malayziya, Hindistan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən nümayəndəliklər iştirak edirlər.
Bu sərgi texniki və mühəndislik xidmətləri, obyektlər, tikinti materialları, həmçinin istilik və sərinlik sistemləri, avadanlıqlar, təlim mərkəzləri, universitet və xüsusi nəşriyyat bölmələrinə şamildir.
18-ci Beynəlxalq Tikinti Sənayesi, İstilik və Sərinlik Sənayesi Sərgisi 4 gün davam edəcək.