Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi Tehranda işə başladı
https://azeri.sahartv.ir/news/İran-i194654-beynəlxalq_texnologiya_və_İnnovasiya_sərgisi_tehranda_işə_başladı
II Beynəlxalq Texnologiya və İnnovasiya sərgisi İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavinin iştirakı ilə keçirlən mərasimlə fəaliyyətə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 07:08 Asia/Baku
  • Tehranda Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi keçirilir
    Tehranda Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi keçirilir

II Beynəlxalq Texnologiya və İnnovasiya sərgisi İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavinin iştirakı ilə keçirlən mərasimlə fəaliyyətə başlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu sərgidə İran və dünyanın 15 ölkəsindən şirkətlər İT, enerji, elektronika, bio-texnologiya, aeronavtika üzrə potensiallarını və nailiyyətlərini sərgiləyirlər.
Təxminən 71 daxili və Rusiya, Rumıniya, İngiltərə, İtaliya, Yunanıstan, Qazaxıstan, Azərbaycan Respublikası, Hindistan, Livan, Belçika, Fransa, Cənubi Koreya, Almaniya, Çin və Pakistandan 48 şirkət bu sərgidə təmsil olunur.
Beynəlxalq Texnologiya və İnnovasiya Sərgisi ilə yanaşı İran, Fransa, Avstriya və Cənubi Koreyadan müəllim və ziyalıların iştirakı ilə innovasiya şəbəkəsi beynəlxalq iclası keçirilir.
Bu sərgi 4 gün müddətinə Tehranın Daimi Beynəlxalq Sərgilər məkanında keçirilir.