İyun 09, 2015 12:03 Asia/Baku
  • Nüvə müzakirələri irəliləyir
    Nüvə müzakirələri irəliləyir

İran İslam Şurası Məclisinin sədri deyib: İran və 5+1 Qrupunun nüvə müzakirələrinin istiqamətində bütün eniş-yoxuşlara baxmayaraq irəliyə doğru addımlar atılmışdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Livan Hizbullahına bağlı əl-Əhd xəbər portalına müsahibədə bildirib: Əlbəttə son nüvə müzakirələrində detallar qalmışdır ki, ekspertlərin iclasında müəyyənləşməlidir.
Laricani İranın Rusiya və Çin ilə əməkdaşlıq razılaşması barədə də deyib: İranın Rusiya və Çin ilə bütün sahələrdə uzunmüddətli əlaqələri olub və vardır. Bu münasibətlər sanksiyalardan sonra daha da artdı.
İran İslam Şurası Məclisinin sədri sözlərinin digər bir hissəsində Hizbullahın sionist rejimə qələbəsinin bütün müsəlmanlar üçün izzət yaratdığını bildirərək deyib: Sionist rejimin məğlubiyyətləri səbəb olub ki, onlar regionun üstün qüdrəti olmadıqlarını və regiondakı avantüristlikdən əl çəkməli olduqlarını başa düşüblər.
Hal-hazırda müsəlmanların "Lailahə illəllah" bayrağını əlində tutan, lakin arxadan müsəlmanlara xəncər vuran terror cəbhəsi ilə üzbəüz qaldıqlarını bəyan edən Laricani bildirib: Hizbullah sayıqlığı ilə terrorçulara qarşı ciddi mübarizə aparmalıdır ki, onun nəticələri sonradan müəyyənləşəcək.
İran parlamentinin sədri İŞİD-in Suriyadakı son irəliləyişləri barədə də deyib: Müharibələrdə həmişə aşağı-yuxarı vardır. Bəzi vaxtlar bir tərəf bəzi bölgələrdə irəliləyir və bu məsələ İran əleyhinə 8 illik müharibədə də vardı.

Teqlər