Sepah təcavüzkarlara cavab verməyə hazırdır
İyun 09, 2015 12:57 Asia/Baku
-
Sepah təcavüzkarlara cavab verməyə hazırdır
İran İslam İnqilabı Keşikçilər Korpusunun Dəniz Qoşunları komandanı deyib: Sepahın Dəniz Qoşunları Hörmüz boğazı və Fars körfəzi üçün tam şəkildə təşkilatlanıb və qüvvələrimiz Yəmənə humanitar yardımları aparan karvanla birlikdədirlər ki, əgər qarşıdurma baş verərsə, borcumuzu yerinə yetirək.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, kontr-admiral Əli Fədəvi Sepahın Dəniz Qoşunlarının Buşehr vilayətindəki bölmələri ilə yaxından tanış olduqdan sonra deyib: Sepahın potensialı elan olunduğundan, düşmənlərin hiss etdiyindən qat-qat yuxarıdır və düşmənlər bilirlər ki, bu potensial sürətlə artmaqdadır.Fədəvi deyib: Qüdrət zirvələrində olduğumuzda düşmənçilikləri yatırırıq. Lakin əgər zirvədə olmasaq, düşmənçiliklər artır. Düşmənçiliklər bitmir. Çünki onların mahiyyəti haqq və batilin qarşılaşmasıdır. Əgər bundan qeyrisi olsaydı, indiyə qədər onlarla razılaşmışdıq.
Sepahın Dəniz Qoşunları komandanı xatırladıb: Sepahda elə bir iş olmayıb ki, onu yerinə yetirməyək və hər zaman iş arxasınca getmişiksə, onu ən yaxşı formada təkmilləşdirmişik.
Admiral Fədəvi əlavə edib: İran İslam Respublikasının Fars körfəzində bütün sahələrdəki hakimiyyəti tətbiq olunur və heç bir qüdrət bu hakimiyyətin qarşısını ala bilməz.
"Biz Mirsk gəmisini saxlanma qərarından 20 saat sonra və amerikalı gəmilərin onu müşayiət etdikləri bir halda saxladıq və İran sahilinə gətirdik. Bu isə bizim praktiki və real potensialımızı göstərir" -deyə admiral Fədəvi söyləyib.