İran-5+1 nüvə müzakirələri məkanının dəyişməsi ehtimalı var
İyun 13, 2015 08:49 Asia/Baku
Sionist rejimin İran ilə altılıq qrupu arasında Avropada keçrilən nüvə müzakirələri otellərindən casusluq etməsi barədə bəzi xəbərlərin yayılması nüvə müzakirəçilərini nüvə müzakirələri məkanını dəyişdirmək ehtimalını araşdırmağa məcbur edib.
Vyanadakı agah bir mənbə IRIB müxbirinə deyib ki, müzakirələrin günbəgün artan həssaslığı və önəminə, eləcə də təyin olunmuş möhlətin yaxınlaşmasına görə, müzakirəçilər müzakirə məkanının digər şəhərə və hətta başqa bir ölkəyə dəyişdirilməsini araşdırırlar.Bundan öncə İran Avstriya və İsveçrə Xarici İşlər Nazirliklərinə ayrı-ayrılıqda göndərdiyi rəsmi notalarda İran dövlətinin nüvə müzakirələri məkanlarının təhlükəsizliyindən ciddi nigaran olduğunu həmin ölkələrin dövlətlərinin nəzərinə çatdırmış və Avstriya Xarici İşlər Nazirliyindən müzakirələr məkanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəmişdi.
Əhatəli razılaşma mətninin yazılışı üzrə danışıqların yeddinci dövrü İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı, həmçinin altılığın nümayəndəsi sayılan Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidtin iştirakı ilə çərşənbə günü Vyananın Kuborq otelində bərpa olunub.