Musəviyan: Dünya qüdrətləri NPT-ni pozublar
İyun 13, 2015 09:31 Asia/Baku
İranın keçmiş nüvə müzakirə komandasının baş üzvü deyib ki, dünya qüdrətləri qırx ildən çoxdur, öz nüvə silahlarını məhv etmək üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və NPT müahidəsini pozurlar.
İranın keçmiş nüvə müzakirə komandasının baş üzvü Seyid Hüseyn Musəviyan İtaliyanın paytaxtı Romada Amerika, Avropa, Ərəbistan, Qətər, BƏƏ, İordaniya, İraq, Kanada, Tunis, Misir, Türkiyə və bəzi digər region və Afrika ölkələrinin generalları və yüksək rütbəli zabitlərindən bir qrupunun iştirak etdiyi NATO-nun Müdafiə Akedemiyasındakı mərasimdə əlavə edib: Şərq və Qərb qüdrətləri tərksilah sahəsində ikili standartlara son qoymalıdırlar.İranın Almaniyadakı keçmiş səfiri ölkələrin NPT çərçivəsində dinc texnologiyaya yiyələnmək üzrə qanuni haqlarının ölkələrin siyasi ixtilaflarına görə, girov götürülməməli olduğunu deyərək, bildirib ki, Amerika və Avropa İranın qanuni hüquqlarını siyasi ixtilaflara görə, girov götürüblər.
İran Ali Milli Təhlükəsizlik Şurasının ozamankı katibinin xarici siyasət üzrə keçmiş müavini deyib ki, dünya qüdrətləri, xüsusən qərbli qüdrətlər kütləvi qırğın silahlarına malik olmayan Yaxın Şərq planının reallaşması üçün daha artıq sədaqət və xüsusi ciddi-cəhd göstərməlidirlər.
Musəviyan "zənginləşdirmə məsələsində beynəlxalq çoxtərəfliliy"in dünyanın nüvə silahlarının yayılması xətərindən çıxması üzrə yol olduğunu deyərək, deyib ki, dünya qüdrətləri MAQATE-ni ciddi saymalı və dünya səviyyəsində uran zənginləşdirilməsi çoxtərəfli şəkildə həyata keçməlidir.
İranın keçmiş diplomatı həmçinin İran-Qərb əlaqələrinin ciddi dəyişiklik ərəfəsində olduğunu bildirərək, deyib ki, bu dəyişikliklər neqativ və ya pozitiv ola bilər, eyni zamanda İran-Amerika birbaşa nüvə müzakirələri bu dəyişikliyin yaradılmasında təyinedici rol oynayacaqdır.