İran prezidenti Şimali Xorasana səfər edir
https://azeri.sahartv.ir/news/İran-i194810-İran_prezidenti_Şimali_xorasana_səfər_edir
İran İslam Respublikası prezidenti və onu müşayiət edən heyət bu gün Şimali Xorasan vilayətinə səfər edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 05:26 Asia/Baku
  • İran prezidenti Şimali Xorasana səfər edir
    İran prezidenti Şimali Xorasana səfər edir

İran İslam Respublikası prezidenti və onu müşayiət edən heyət bu gün Şimali Xorasan vilayətinə səfər edir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bocnurdun Təxti stadionunda əhali, şəhid ailələri, ruhanilər, müxtəlif ictimai, mədəni, siyasi, iqtisadi, idman və elm sahələrinin ziyalıları ilə görüşlər İran prezidentinin Şimali Xorasan vilayətinə səfərinin proqramlarındandır.
Həmçinin investorlar və idarə şurasının üzvləri ilə iclas, jurnalistlərlə mətbuat konfransı, səfərin nailiyyətləri barədə məlumatın verilməsi cənab Ruhaninin səfər proqramına daxildir.
Bocnurd-Şirvan dəmiryol əməliyyatının başlanması, GTPP adlı neft-kimya layihəsi, 2 böyük sənaye layihəsi, Mehr mənzil layihəsinin açılışı, elektrik layihələri, bütün kəndlərə qazın çəkilməsi əməliyyatına başlanması da İranın Nazirlər Kabinetinin Şimali Xorasan vilayətinə səfər proqramına daxildir.