Nüvə müzakirələrində İran xalqının hüquqlarının izlənilməsi
İyun 14, 2015 16:47 Asia/Baku
İranın müdafiə naziri deyib ki, dövlət altılıq ilə nüvə müzakirələrində ciddi şəkildə İran xalqının hüquqlarının qorunmasını izləyir.
Səhər kanalının məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan Şiraz şəhərində 24 xordad seçkilərinin ildönümü günü mərasimində böyük qüdrətlərin nüvə müzakirələrində iştirakını İranın daxili birliyi, izzəti və qüdrətinin nişanəsi adlandıb və deyib: Qüdrətli ölkələrlə nüvə müzakirələri göstərir ki, dünya İran qarşısında ayrıca bir hesab açııb.Dehqan müzakirə tərəfinin İran xalqının hüquqlarını pozmaq ardınca olduğunu deyərək, bildirib ki, İran xalqı bu gün qüdrət mövqeyindən müzakirəyə girib və tədbir, mötədillik və onların artıqtamahlıqları qarşısında öz hüquqlarını vurğulayraq, dayanıbdır.
İranın müdafiə naziri bildirib ki, dövlət var gücü ilə xalqın istəyi və hüquqlarını izləyir. O, qeyd edib ki, nüvə müzakirə komandası quruluş və İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təyin olunmuş yolda hərəkət edir və heç vaxt hər bir qiymətə nəticə əldə etməyin ardınca deyil.