Şəmxani: İran regionun səbatlı və qüdrətli ölkələrindən biridir
İyun 14, 2015 18:52 Asia/Baku
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Təkfirçi ifratçılar saxta fenomen olaraq, Qərb dövlətləri və sionistlər tərəfindən yaradılıblar ki, İslam Ümmətinin qüdrətini hədər etməklə İslam dünyasının Fələstin məsələsində təmərküzləşməsinə mane olsunlar.
Səhər kanalının məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vitse-admiral Əli Şəmxani təkfirçi-terrorçu qrupların mühüm hədəflərindən birini İslam Ümmətinin Fələstin məsələsində təmərküzləşməsinə mane olmaq adlandırıb.Livanın Əlminar telekanalına müsahibə verən Şəmxani deyib: İranın milli təhlükəsizliyi tərifi digər ölkələrdəki milli təhlükəsizlik tərifindən fərqlənmir və milli təhlükəsizlik və milli maraqlar əsasında ictimai, mədəni, iqtisadi, təhlükəsizlik və müdaifə siyasətləri ilə ahəngdarlıqdan ibarətdir.
Böyük İnqilab Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi vurğulayıb: Bu gün mövcud dəyişikliklərə rəğmən, region ölkələri arasında ən çox istiqlaliyyət, qüdrət, səbat və dincliyə malik olan ölkə, İrandır.
O, təkfirçi terrorçulara işarə edərək, deyib: Təkfirçi ifratçılar saxta fenomen olaraq, Qərb dövlətləri və sionistlər tərəfindən yaradılıblar ki, İslam Ümmətinin qüdrətini hədər etməklə İslam dünyasının Fələstin məsələsində təmərküzləşməsinə mane olsunlar.