İyun 16, 2015 13:54 Asia/Baku
  • İnqilab Rəhbərinin Ayı Müşahidə Qərargahının üzvü: Cümə axşamı Ramazan ayının 1-dir
    İnqilab Rəhbərinin Ayı Müşahidə Qərargahının üzvü: Cümə axşamı Ramazan ayının 1-dir

İslam İnqilabının Böyük Rəhbərinin Ayı Müşahidə Qərargahının üzvü deyib: Ekspertlərin proqnozu budur ki, çərşənbə günü günbatan çağı Ramazan ayının ayını müşahidə etmək mümkündür. Buna görə cümə axşamı günü mübarək Ramazan ayının biridir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin Ayı Müşahidə Qərargahının üzvü höccətülislam Əlirza Müvəhhidnejad Ramazan ayının müşahidə olunmasının son vəziyyətini açıqlayaraq deyib: Çərşənbə günü İranın müxtəlif vilayətlərində 150-dən çox qrup mübarək Ramazan ayının ayını görmək üçün işləyəcələr. Əgər ay çərşənbə günündə görünərsə, şəban ayı 29 gündə sona çatacaq və cümə axşamı günü mübarək Ramazan ayının birinci günüdür.
Müvəhhidnejad əlavə edib: Bu qruplar çərşənbə günü Ramazan ayının ayını görə bilməzlərsə, cümə günü mübarək Ramazan ayının birinci günü olacaq.
Müvəhhidnejadın sözlərinə görə, ekspertlərin proqnozu budur ki, çərşənbə günü günbatan çağı Ramazan ayının ayını müşahidə etmək mümkündür. Buna görə cümə axşamı günü mübarək Ramazan ayının biridir.

Teqlər