ABŞ Konqresi nüvə anlaşmasını 3 amerikalı məhbusun azad olunmasına düyünləyib
https://azeri.sahartv.ir/news/İran-i194926-abŞ_konqresi_nüvə_anlaşmasını_3_amerikalı_məhbusun_azad_olunmasına_düyünləyib
ABŞ Nümayəndələr Məclisinin üzvləri bir qətnamə təsdiqləyərək bildiriblər ki, əgər Tehran Vaşinqtonla nüvə anlaşması və sanksiyaların azaldılması ardıncadırsa, 3 amerikalı məhbusu azad etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 12:50 Asia/Baku
  • ABŞ Konqresi nüvə anlaşmasını 3 amerikalı məhbusun azad olunmasına düyünləyib
    ABŞ Konqresi nüvə anlaşmasını 3 amerikalı məhbusun azad olunmasına düyünləyib

ABŞ Nümayəndələr Məclisinin üzvləri bir qətnamə təsdiqləyərək bildiriblər ki, əgər Tehran Vaşinqtonla nüvə anlaşması və sanksiyaların azaldılması ardıncadırsa, 3 amerikalı məhbusu azad etməlidir.

Səhər Beynəlxalq Televiziyasının Associated Pressə istinadla verdiyi məlumata görə, Amerika Nümayəndələr Palatası ötən gün səs çoxluğu ilə bir qətnamə təsdiqləyib və İrandan 3 amerikalı məhbusu azad etməsini və itkin düşmüş dördüncü vətəndaş barədə məlumat verməsini istəyib.
Amerikalı qanunvericilər bildiriblər ki, İran Birləşmiş Ştatların nüvə anlaşmasını imzalamasını və İran İslam Respublikasına qarşı sanksiyaları azaltmasını istəyirsə, amerikalıları azad etsin.