İyun 17, 2015 16:59 Asia/Baku
  • Vyanada nüvə müzakirələrinin 8-ci turu
    Vyanada nüvə müzakirələrinin 8-ci turu

Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi məqsədilə İran və 5+1 Qrupunun nüvə müzakirələrinin 8-ci turu Avstriya paytaxtı Vyanada başlanıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və 5+1 Qrupunun nümayəndəsi olaraq müzakirələrdə iştirak edən Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi üzrə nüvə müzakirələrinin ən uzun turu olan 8-ci tura başlayıblar.
İraqçı və Rəvançi bu danışıqların 7-ci turunda 5 gün müzakirədən sonra bazar ertəsi günü Tehrana döndülər və çərşənbə günü səhər Vyanaya səfər etdilər.
Lakin Həmid Bəidinejad və Stefan Klementin başçılığı ilə ekspert heyətlərinin anlaşma mətninin əlavələrinin tənzimlənməsi üzrə danışıqları Vyanada davam etdirdilər.
İranın nüvə müzakirə komandasının baş üzvü Abbas İraqçı bu tur müzakirələr astanasında deyib: İran və 5+1 Qrupunun nüvə müzakirələrinin sonu üçün 1 iyulun nəzərdə tutulmasına baxmayaraq, İran İslam Respublikası yaxşı və münasib anlaşmanı heç vaxt tarix və zamana qurban verməyəcək.

Teqlər