İyun 18, 2015 16:58 Asia/Baku
  • İraqçı, Şerman və Şmitd arasında üçtərəfli görüş keçirilib
    İraqçı, Şerman və Şmitd arasında üçtərəfli görüş keçirilib

İran xarici işlər naziri, ABŞ dövlət katibi və Avropa Birliyinin xarici siysət üzrə məsul şəxsinin müavinləri Vyanada görüşüblər.

İRİB-nin məlumatına görə, bu görüşdə İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi, ABŞ dövlət katibinin müavini Vendi Şerman və AB-nin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmitd iştirak ediblər.
Fransa, İngiltərə və Almaniyanın nümayəndələri də nüvə müzakirələrində iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya daxil olublar. Çin və Rusiya nümayəndə heyətləri də bu gün Vyanaya gəlməlidirlər.
Lozanna bəyanatının ardınca yekun nüvə anlaşması sənədinin hazırlanması istiqamətində İran və 5+1 qrupu arasında keçirilən nüvə müzakirələrinin 8-ci dövrü İran xarici işlər nazirinin müavinləri və 5+1 qrupunu təmsil edən AB-nin xarici siyasət üzrə məsul şəxsinin müavininin iştirakı ilə çərşənbə günündən Vyanada işə başlayıb.

Teqlər