İyun 20, 2015 17:00 Asia/Baku
  • İranın nüvə işi ilə bağlı müzakirələr Vyanada davam edir
    İranın nüvə işi ilə bağlı müzakirələr Vyanada davam edir

İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Vyanada görüşərək, danışıqlar aparıblar.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi bu gün günorta AB-nin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt ilə görüşərək, yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə danışıqları davam etdiriblər.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bazar ertəsi günü nüvə müzakirələri ilə bağlı məsləhətləşmələrinə başlamalıdır. Elə bu məqsədlə Məhəmməd Cavad Zərif Lüksemburqa səfər edərək, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini habelə, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirləri ilə görüşüb, danışıqlar aparacaq. İran xarici işlər nazirinin Lüksemburqda ABŞ dövlət katibi ilə də görüşəcəyi ehtimal olunur. Daha sonra Zərif Vyanaya gedəcək və müavinləri ilə birlikdə müzakirələrin ümumi gedişini dəyərləndirəcəklər.

Teqlər