İyun 20, 2015 19:22 Asia/Baku
  • Zərif: Müzakirələr 30 iyundan sonra da davam edə bilər
    Zərif: Müzakirələr 30 iyundan sonra da davam edə bilər

İran İslam Respublikası xarici işlər naziri nüvə müzakirələrinin təyin olunmuş möhlətin başa çatmasından sonra da davam edə biləcəyindən xəbər verib.

Məhəmməd Cavad Zərif "Donyaye Eqtesad" qəzeti ilə müsahibədə müzakirələrin vaxtının uzadılması ehtimalı barədə verdiyi açıqlamada müzakirələrdə yaxşı bir anlaşmaya nail olmağı vacib adlandırıb və deyib: Baxmayaraq ki, Amerikalılar bu ölkə Konqresinin qərarına əsasın məhdud fürsətə malikdirlər və təzyiq altındadırlar, amma, İran zaman məhdudiyyəti kimi bir məsələdən əziyyət çəkmir.
Zərif əlavə edib: Əgər İran və 5+1 qrupu yekun anlaşmanın əldə olunması üçün təyin olunmuş 1 iyul tarixinə kimi məqbul bir anlaşmaya nail olarlarsa, o zaman hər şey düzələcək. Əks halda, müzakirələri davam etdirə bilərlər.
İranın xarici işlər naziri müzakirələrin vaxtının uzadılması ilə razı olmadığını bildirib və deyib: Müzakirələri davam etdirmək lazımdır. Çünki, müddət təyin olunanda, bir növ zaman itkisi baş verir. Belə ki, hamı təyin olunmuş müddətin sonuna bir neçə həftə qalana kimi səbr edir və bütün diqqətləri son həftələrin üzərinə yönəldirlər.
Zərif qarşı tərəfin müzakirələrdəki tamahkarlığı barədə də deyib: Qarşı tərəf həmişə tamahkarlıq edir və hələ də tamahkarlığından əl çəkmək istəmir. Amma, bilməlidirlər ki, İran tamahkarlıqlar qarşısında dayanacaq.

Teqlər