Nüvə müzakirələri ilə bağlı iclaslar Vyanada davam edir
İyun 22, 2015 09:10 Asia/Baku
İran xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavinləri arasında Vyanada keçirilən görüşlər başa çatıb.
Beynəlxalq Səhər Kanalının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi ilə Avropa Birliyinin xarici siyasə üzrə məsul şəxsinin müavini Helqa Şmit arasında dünən Vyananın Kuborq otelində yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə start götürən iclas 2 saat yarım davam etdikdən sonra başa çatıb. Buna baxmayaraq, İran və 5+1 qrupu arasında ekspertlər səviyyəsində aparılan danışıqlar Kuborq otelində davam etdirilir.Dünən həmçinin, İranın xarici işlər nazirinin müavinləri ilə Helqa Şmit arasında ikitərəfli görüş keçirilib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də qərar üzrə bu gün yekun nüvə anlaşması ilə bağlı danışıqlara start verməlidir.
Məhəmməd Cavad Zərif Lüksemburqda Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini habelə, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirləri ilə də görüşüb, danışıqlar aparacaq.
Deyilənlərə görə, artıq İran və Fransa xarici işlər nazirləri arasında görüşün baş tutması üçün lazımi koordinasiya həyata keçirilib. Həmçinin, müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançinin də bu gün, bazar ertəsi Lüksemburqda Məhəmməd Cavad Zərifə qatılacaqları bildirilir.
İran xarici işlər naziri və ABŞ dövlət katibi arasında da görüşün baş tutması ehtimalı mövcuddur. Daha sonra Zərif Vyanaya gedəcək və müavinləri ilə birlikdə yekun nüvə anlaşması sənədinin hazırlanması prosesinin gedişini dəyərləndirəcək.
Yekun nüvə anlaşması sənədinin hazırlanması ilə bağlı müzakirələrin 8-ci dövrü ötən çərşənbə günündən Vyanada start götürüb. Bu müzakirələr İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və Avropa Birliyinin xarici siysət üzrə məsul şəxsinin müavini Helqa Şmitin iştirakı ilə həyata keçirilir.