Zərif: Müzakirə tərəfləri anlaşmanın əldə olunması üçün siyasi iradəyə malikdirlər
İyun 23, 2015 09:02 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri deyib: Müzakirə tərəfləri anlaşmanın əldə olunmasında siyasi iradəyə malikdirlər.
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Lüksemburqda Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri habelə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə görüşüb, danışıqlar apardıqdan sonra deyib: İranın nüvə işi ilə bağlı 30 iyun tarixinə və ya ondan bir neçə gün sonra anlaşmanın əldə olunması imkanı mövcuddur.Zərif deyib: Əgər reallıqları və İsveçrənin Lozanna şəhərində razılaşdırılmış prinsiplər əsasında əldə olunmuş irəliləyişi qəbul etmək üzrə siyasi iradə olarsa, nüvə müzakirələrinin təyin olunmuş zamana və ya bir neçə gün sonrasına kimi yekunlaşması mümkündür.
İran və 5+1 qrupu təqribən 20 ay öncədən yekun nüvə anlaşmasına nail olmaq üçün sıx müzakirələrə başlayıblar. Həmçinin, İRNA-nın verdiyi məlumata görə, İran, Fransa, Almaniya və İngiltərə xarici işlər nazirləri Lüksemburqda belə bir razılığa gəliblər ki, mütəxəssislər yekun nüvə anlaşması sənədinin hazırlanması prosesini tam qətiyyətlə davam etdirsinlər və lazım olduğu anda xarici işlər nazirləri də Vyanada onlara qatılsınlar.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Lüksemburqa daxil olduğu zaman demişdi ki, yaxşı və münasib bir anlaşmaya nail olmaq, anlaşmanın təyin olunmuş 30 iyun tarixindən bir neçə gün tez və ya gec əldə olunmasından daha önəmlidir.