Zərif: Müzakirələrin nəticəcis olması "dünyanın sonu" deyil
İyun 24, 2015 09:29 Asia/Baku
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Nüvə müzakirələrinin nəticəsiz olması "dünyanın sonu" mənasında deyil.
İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif Nyu-Yorker nəşri ilə müsahibədə deyib: Əgər İran və dünyanın 6 qüdrəti arasında aparılan nüvə müzakirələri nəticəsiz olarsa, bu, ABŞ üçün bir məğlubiyyət olacaq. Və bu ölkə müstəsna bir fürsəti itirmiş olacaq.Zərif əlavə edib: Müzakirələrin nəticəsiz olması faciə demək deyil və bu "dünyanın sonu" anlamında olmamalıdır.
Zərif həmçinin deyib: İran xalqı öz hüququ və izzətini qorumaq üçün, lazım gələrsə qurban verməyə alışıb.
İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin yeni dövrü Avstriyanın Vyana şəhərində start götürüb və xarici işlər nazirləri müavinləri səviyyəsində davam etdirilməkdədir.