İraqçı, Rəvançi və Şmidt Vyanada 2 dəfə görüşüblər
İyun 24, 2015 10:00 Asia/Baku
İran xarici işlər nazirinin müavinləi Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi çərşənbə axşamı Vyanada Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt ilə 2 dəfə görüşüb danışıqlar aparıblar.
İRİB-nin məlumatına görə, İran xarici işlər nazirinin müavinləri və İranın nüvə müzakirə heyətinin 2 əsas üzvü xarici işlər naziri Məhəmməd Cavad Zərifin Lüksemburqda 3 Avropa ölkəsi(Almaniya, Fransa və İngiltərə) xarici işlər nazirləri habelə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə bir günlük müzakirələrinin başa çatmasının ardınca nüvə müzakirələrinin müavinlər səviyyəsində davam etdirilməsi üçün çərşənbə axşamı Vyanaya daxil olublar.Xatırladaq ki, İran və 5+1 qrupu arasında ekspertlər səviyyəsində müzakirələr fasiləsiz olaraq Vyanada davam edir. Bu müzakirələrdə İranın ekspertlər heyətinə Həmid Bəidinejad başçılıq edir.