İyun 24, 2015 13:49 Asia/Baku
  • Əfxəm: İslam İnqilabının Böyük Rəhbərinin təlimatları İranın xarici siyasətinin dayağıdır
    Əfxəm: İslam İnqilabının Böyük Rəhbərinin təlimatları İranın xarici siyasətinin dayağıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranın xarici siyasətinin əsas dayağı İslam İnqilabının Böyük Rəhbəri tərəfindən verilən təlimatlardır.

İran XİN sözçüsü Mərziyə Əfxəm bu gün çərşənbə yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında İslam İnqilabının Böyük Rəhbərinin ötən gün İran İslam Respublikası quruluşunun rəsmiləri ilə görüşdə verdikləri bəyanata və o həzrətin sanksiyaların, ehtimal olunan anlaşma müqaviləsinin imzalandığı an ləğv edilməli olmasına təkid etməsinə işarə edərək, İnqilab Rəhbərinin nüvə müzakirə komandasını dəstəkləməsi və nüvə müzakirəçilərinə etibar etməsini yüksək qiymətləndirib.
Əfxəm qarşıdan gələn günlər ərzində İran və 5+1 qrupu arasında anlaşmanın əldə olunması ehtimalı barədə də deyib: Bütün mövzular barədə danışıqlar aparılır və anlaşmanın əldə olunması üçün danışıqların davam etdirilməsinə icazə vermək lazımdır. Eyni zamanda İnqilab Rəhbəri tərəfindən bəyan edilən qırmızı xətlər son dərəcə böyük dəstək sayılır və İranın nüvə müzakirəçiləri məsələləri elə bu əsasda izləyirlər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran və 5+1 qrupu arasında yekun nüvə anlaşması sənədinin hazırlanması prosesinə işarə edərək, deyib: Son addımlar həlledici və çətindir. Müzakirələr son dərəcə yüksək və professional səviyyədə aparılır. Ümidvarlıq yaxşı bir anlaşma çərçivəsi əldə edilsin və bütün ölkələr bu anlaşmaya hörmətlə yanaşsınlar.
İran XİN sözçüsü hökumətin nüvə nailiyyətləri və nüvə hüququnu qorumasını zəruri edən qanun layihəsinin ölkə parlamentində təsdiq edilməsi məsələsi barədə də deyib: Hamı qanuna əməl etməlidir və bu məsələnin qanuniləşəcəyi təqdirdə hamı onu əsas qərar verməlidir.
Əfxəm Suriya daxili işlər nazirinin Tehrana səfər etməsi və iki ölkə arasında terrorizmlə mübarizə üzrə anlaşma sənədinin imzalanması barədə də deyib: İran, İraq və Suriya arasında danışıqlar hələ keçmişdən mövcud olub və yaxın gələcəkdə Bağdadda terrorizmlə mübarizə üzrə İran, İraq və Suriyanın iştirakı ilə üçtərəfli iclas keçiriləcək.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistanın Yəmənə olan hücumlarının Ramazan ayında davam etməsi barədə də deyib: Yəmən böhranı üçün həll yolu siyasidir və Yəmən böhranı ilə bağlı son Cenevrə müzakirələrinin nəticəsiz başa çatmasına baxmayaraq, danışıqlar yolu ilə məsələnin həlli üzrə səylər davam etdirilməlidir.
Əfxəm Ərəbistanın mübarək Ramazan ayında Yəmənə olan təcavüzləri qarşısındakı laqeyd münasibətdən təəssüfləndiyini bildirib və deyib: Ramazan ayının gəlib çatması ilə atəşkəsin bərqərar edilməsi və məsələnin danışıqlar yolu ilə izlənilməsi gözlənilirdi.

Teqlər