İraqçı, Rəvançi və Şmidt bir daha görüşüb, danışıqlar aparıblar
İyun 24, 2015 19:29 Asia/Baku
İranın xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini arasında Vyanada nüvə müzakirələri davam edir.
İRİB-nin məlumatına görə, İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Helqa Şmidt ilə görüşüb, yekun nüvə anlaşması sənədinin hazırlanması istiqamətində fikir mübadiləsi aparıblar. Görüş Vyanada, Kuborq otelində baş tutub.İraqçı, Rəvançi və Şmidt çərşənbə axşamı günü də iki mərhələdə görüşərək, danışıqlar aparmışdılar.
Həmid Bəidinin başçılıq etdiyi İranın ekspertlər heyəti ilə 5+1 qrupunun ekspertlər heyəti arasındakı müzakirələr də bu gün çərşənbə Vyanada keçirilib.
İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin növbəti turu 17 iyun tarixindən Vyanada start götürüb.
İran və 5+1 qrupu təqribən 20 aydır ki, nüvə işi ilə bağlı anlaşmaya nail olmaq üçün sıx müzakirələr aparırlar.