İyun 25, 2015 10:24 Asia/Baku
  • İranın nüvə müzakirə heyəti
    İranın nüvə müzakirə heyəti

İranın nüvə müzakirə heyətindəki bir məlumatlı mənbə deyib: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələrini davam etdirmək üçün şənbə günü Yanaya səfər edəcək.

Bu xəbərin ardınca bəzi xəbər agentlikləri bildiriblər ki, İran və ABŞ-ın xarici işlər nazirləri şənbə və ya bazar günü yekun nüvə anlaşması sənədi ilə bağlı müzakirələri Avstriyada davam etdirəcəklər.
İranın xarici işlər naziri Lüksemburqda Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi ilə görüşüb, danışıqlar apardıqdan sonra, qarşıdan gələn bir neçə günün çox çətin olacağını bildirmiş və demişdi: Mən, bu müzakirələri yekunlaşdırmaq üçün neçə günə ehtiyacın olduğunu bilmirəm. Hamı, irəliyə doğru hərəkət etmək üçün siyasi öhdəliyə malikdir. Amma, reallıqları qəbul etmək və Lozanna bəyannaməsində qəbul olunmuş prinsiplər əsasında irəliyə doğru hərəkət etmək üçün siyasi iradə olarsa, o zaman müzakirələri təyin olunmuş zamanın başa çatmasına və ya bir neçə gün sonrasına kimi yekunlaşdırmaq mümkün olacaq.
ABŞ Dövlət Departamenti də çərşənbə günü bildirdi ki, dövlət katibi Con Kerri İran ilə nüvə müzakirələrində iştirak etmək üçün cümə günü Vyanaya səfər edəcək.
5+1 qrupuna üzv digər ölkələrin xarici işlər nazirləri də Vyanaya səfər etməlidirlər.
İranın xarici işlər nazirinin müavinləri yekun anlaşma sənədinin hazırlanması üzrə Vyanada davam edən müzakirələrin 8-ci günündə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini ilə ümumilikdə 6 saatdan çox danışıqlar aparıblar. Bu müzakirələr, bazar ertəsi günü İranın xarici işlər nazirinin Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri habelə, Avropa birliyinin xarici siyasət üzrə məsul şəxsi ilə görüşüb danışıqlar aparmaq üçün Lüksemburqa səfər etməsi ilə müvəqqəti olaraq dayandırılmış və müavinlər də Lüksemburqa səfər etmişdilər. Bir günlük Lüksemburq danışıqlarının başa çatmasının ardınca nüvə müzakirələri bir daha Vyanada müavinlər səviyyəsində bərpa edildi.
İran və 5+1 qrupu yekun anlaşmaya nail olmaq üçün 30 iyun tarixinə kimi fürsətə malikdirlər. İran nüvə müzakirələrində yaxşı bir anlaşma ardınca olduğunu və zaman kimi bir məhdudiyyətinin də olmadığını bildirir.

Teqlər