İyun 26, 2015 09:52 Asia/Baku
  • İran və 5+1 qrupu arasındakı bəzi ixtilaflar hələ də qüvvədədir
    İran və 5+1 qrupu arasındakı bəzi ixtilaflar hələ də qüvvədədir

İranın nüvə müzakirə heyətinə yaxın bir mənbə deyib: Yekun anlaşma sənədində bəzi ixtilaflı məsələlər öz həllini tapsa da, əsas ixtilaflı məsələlər hələ də qalır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə axşamı deyib: Ehtimal olunan anlaşmanın yekun sənədinin 90%-i yazılıb.
İRNA-nın məlumatına görə, İranın nüvə müzakirə heyətinə yaxın bir mənbə deyib: Yekun anlaşma sənədinin hazırlanması ilə bağlı əldə olunan irəliləyişlər haqda müxtəlif mənbələr tərəfindən səsləndirilən fikirləri təsdiq və ya inkar etmək mümkün deyil.
Bu mənbə əlavə edib: bəzi ixtilaflı məsələlər öz həllini tapıb və yekun sənədin böyük bir hissəsi tamamilə razılaşdırılıb. Amma, yerdə qalan ixtilaflı məsələlərin hamısı mühüm və əsaslı məsələlər barədədir.
İran və 5+1 qrupu ölkələrinin müzakirə heyətləri artıq 2 həftədir ki, Avstriyanın paytaxtı Vyanada yekun nüvə anlaşması sənədinin hazırlanması üzərində çalışırlar.
İran və 5+1 qrupu təqribən 20 aydır ki, İranın nüvə işi üçün hərtərəfli bir həll yolunun tapılması üzrə müzakirə aparırlar. İran və 5+1 qrupu arasında yekun anlaşmanın əldə olunması üçün təyin olunmuş müddət 30 iyun tarixində başa çatır. Amma, təyin olunmuş zamana kimi anlaşmanın əldə olunması üçün səylərin davam etməsi ilə paralel şəkildə, yekun nəticənin əldə edilməsi üçün müzakirələrin bir neçə gün üçün uzadılması ehtimalı da istisna edilmir.

Teqlər