İraqçı: Müzakirələr çox yavaş və çətinliklə irəliləyir
İyun 26, 2015 16:49 Asia/Baku
İranın baş nüvə müzakirəçisi deyib: Yekun nüvə anlaşması sənədinin hazırlanması prosesi ciddi problemlər var və işin irəliləməsinə maneə törədir. Lakin, detallar və bəzi ümumi məsələlər barədə yaxşı irəliləyişlər əldə olunub.
Seyid Abbas İraqçı İRİB ilə müsahibədə 5+1 qrupu ölkələrinin hamısının xarici işlər nazirləri müavinlərinin Vyanaya gəldiklərini deyərək, əlavə edib: Davamlı olaraq iki və bir neçə tərəfli müzakirələr aparılır.İraqçı deyib: həssas məsələlərlə bağlı, təbii ki, onların özləri də ixtilaflara malikdirlər və ortaq məxrəcə gəlmələri çətin məsələdir. Buna görə də öz aralarında ahəngdarlığın yaradılması üçün iclaslar təşkil etməyə məcbur olurlar.
İranın xarici işlər nazirinin müavini 5+1 qrupunun üzvlərindən birinin yekun anlaşma sənədinin hazırlanması işinin 90%-nin başa çatdığı barədə səsləndirdiyi fikirə gəlincə deyib: İndi rəqəmlərdən danışmaq olmaz. Bildiyiniz kimi, bir əsas mətn var, bir də bir neçə əlavə. Bunların hər birində müəyyən dərəcədə irəliləyiş əldə olunub. Əsas mətnin özündə isə əlavələr ilə müqayisədə daha yaxşı irəliləyişlərimiz olub.
İraqçı həmçinin deyib: Əsas mətnə əlavələr çox xırda detallardan bəhs etdiyi üçün daha çox iş və zaman tələb edir. Keyfiyyət baxımından isə xüsusi önəm kəsb edir. Əlbəttə bəzi məsələlər var ki, artıq həll olunub, amma daha az əhəmiyyətli məsələlərdirlər.