İyun 28, 2015 13:22 Asia/Baku
  • Ruhani: Məhkəmə hakimiyyətinin rolu önəmlidir
    Ruhani: Məhkəmə hakimiyyətinin rolu önəmlidir

İran İslam Respublikası prezidenti İranın inkişafı çərçivəsində müqavilələrin icrası və irəliləməsində Məhkəmə Hakimiyyətinin rolunu önəmli və təsiredici adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü 7 tir münasibəti ilə Tehranda keçirilən Məhkəmə Hakimiyyəti Həftəsi ilə bağlı mərasimdə deyib: Hər bir ölkədə inkişafın ilk şərti yararlı ədliyyə sisteminin olmasıdır.
İran İslam Respublikası prezidenti ölkənin inkişafa olan bugünkü ehtiyacını vurğulayaraq bildirib: Bütün müqavilələrin arxasında sonda Məhkəmə Hakimiyyətidir.
Ruhani əlavə edib: Məhkəmə strukturunun bütün ölkələr, bütün quruluşlar üçün əhəmiyyəti vardır. Lakin İran İslam Respublikası üçün xüsusi əhəmiyyəti vardır.
İran prezidenti həmçinin deyib: İslam hökumətində qüdrət yerinə ədalət və məntiq məhkəmə sisteminə hakimdir və hakim siyasi, hərbi və maliyyə qüdrəti deyildir. Əksinə hakim Allah-taalanın hökmü ilə ədalət və qanun yolunda hərəkət edəndir.

Teqlər