İyun 29, 2015 09:06 Asia/Baku
  • Məhkəmə hakimiyyətinin sədri və rəsmiləri İnqilab Rəhbəri ilə görüşüblər
    Məhkəmə hakimiyyətinin sədri və rəsmiləri İnqilab Rəhbəri ilə görüşüblər

İslam inqilabının Böyük Rəhbəri məhkəmə aparatınının təhdid, tamahlandırma, xəcalət və ümumi mühit təzyiqi kimi amillər qarşısında istiqlaliyyətini vurğulayıblar.

Səhər kanalının məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei dünən axşam İranın məhkəmə hakimiyyətinin sədri və rəsmiləri ilə görüşdə məhkəmə hakimiyyətinin istiqlaliyyəti və təsirqəbuletməzliyini son dərəcə mühüm adlandıraraq, qüdrəti məhkəmə hakimiyyətinin istiqlaliyyətinin amillərindən hesab ediblər. O həzrət qeyd ediblər ki, məhkəmə hakimiyyətinin qüdrəttələbliyi adi siyasi və qrup qüdrəttələbliyi olmayıb, haqq söz üzərində dayanmaq və qətiyyətlililk mənasındadır.
İslam inqilabının Böyük Rəhbəri həmçinin məhkəmə hakimiyyətinin qanunçuluğu və tam sağlamlığını onun istiqlaliyyətinin reallaşmasında iki digər təsirli amil adlandırıblar.
Həzrət Ayətullahuluzma Xamenei cinayətin qarşısını almağı məhkəmə hakimiyyətinin digər həssas və mühüm məsələlərindən adlandırıb və belə əlavə ediblər: Əlbəttə, digər orqanlar da bu sahədə fəal olmalıdırlar, amma bu sahədə mütəşəkkil səy göstərilməlidir, zira əks halda cinayətlər daim artacaq və onların idarəsi mümkün olmayacaqdır.
Proqram əsasında iş, qanunların islahı və kadrların yetişdirilməsi İslam inqilabının Böyük Rəhbərinin öz çıxışlarında təkid etdikləri üç əsas cəhət və tövsiyə olub.
İslam inqilabının Böyük Rəhbəri məhkəmə aparatında proqram əsasında işin vacibliyinə təkid edərək, deyiblər: Aydın və hazırlanmış proqrama söykənmək, gələcək perspektiv yolunda dəqiq hərəkətə kömək edəcək və gündəlik çəkişmələrə düçar olmağın qarşısını alacaq.
Həzrət Ayətullahuluzma Xamenei qanunların islahı barədə də deyiblər: Qanun ölkənin inkişaf yolunu asanlaşdırır və bəzi qanunların iradı və ya bir-biri ilə təzadları vardırsa, onları islah etmək gərəkdir, amma qanundanqaçma əsla qəbuledilməzidir.
O həzrət daha sonra kadrların yetişdirilməsini son dərəcə mühüm adlandırıb və söyləyiblər: Məhkəmə hakimiyyətində istredadlı və sağlam qüvvələr movcuddur ki, onları böyük işlər üçün yetişdirmək lazımdır.
İslam inqilabının Böyük Rəhbərinin bəyanatından öncə İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani 1981-ci il 27 iyun şəhidlərinin xatirəsini yad edərək, bir hesabatda məhkəmə aparatının addım və proqramlarnı şərh edibdir.

Teqlər