İranın energetika naziri əlcəzairli həmkarı ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i195345-İranın_energetika_naziri_əlcəzairli_həmkarı_ilə_görüşüb
İran və Əlcəzairin energetika nazirləri iki ölkənin su və elektrik sahələrində müştərək əməkdaşlıqlarını vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2015 04:52 Asia/Baku
  • İran və Əlcəzair müştərək əməkdaşlıqları vurğulayıb
    İran və Əlcəzair müştərək əməkdaşlıqları vurğulayıb

İran və Əlcəzairin energetika nazirləri iki ölkənin su və elektrik sahələrində müştərək əməkdaşlıqlarını vurğulayıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran İslam Respublikasının energetika naziri Həmid Çitçiyan əlcəzairli həmkarı Saleh Xəbri ilə keçirdiyi görüşdə İranın elektrik sahəsindəki vəziyyəti, potensiaları, inkişafı və özünü təminini açıqlayaraq Energetika Nazirliyinin müştərək əməkdaşlıq, iki tərəfin potensiallarından istifadə və təcrübələrin mübadilə olunmasına hazır olduğunu bildirib.
Əlcəzairin energetika naziri də bu görüşdə ölkəsinin elektrik sahəsindəki inkişaf proqramını açıqlayaraq Əlcəzairin elektrik sahəsi üzrə direktorlar və ekspertlər heyətinin yaxın gələcəkdə İrana səfər etməsi və əməkdaşlıq yollarının araşdırılması üzrə Çitçiyanın təklifini müsbət qarşılayıb.
İranın energetika naziri Həmid Çitçiyan prezident Həsən Ruhaninin Qaz İxrac Edən Ölkələr Beynəlxalq Assambleyasına üzv ölkələrin dövlət başçılarının 3-cü iclasında iştirak etmək üçün Əlcəzair prezidenti Əbdüləziz Botefliqəyə təqdim etmək məqsədilə Əlcəzairə səfər edib.