İyun 30, 2015 09:53 Asia/Baku
  • İran və Çin iqtisad nazirləri əməkdaşlığın genişlənməsini vurğuladılar
    İran və Çin iqtisad nazirləri əməkdaşlığın genişlənməsini vurğuladılar

İran İslam Respublikası və Çinin iqtisadiyyat nazirləri iki ölkənin iqtisadi və ticarət münasibətlərinin genişlənməsini vurğulayıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı verdiyi məlumata görə, İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya bazar ertəsi günü Çinin iqtisadiyyat naziri Loy Ci Vi ilə Pekində görüşüb. İki tərəf müştərək iqtisadi əməkdaşlıqların genişləndirilməsinin formatı barədə danışıqlar aparıb.
İranın iqtisadiyyat və maliyyə naziri bu görüşdən sonra bildirib: Çin və İran iki dost ölkə olaraq müxtəlif sahələrdə yaxşı əməkdaşlıqlara malikdirlər və Çinin iqtisadiyyat naziri ilə görüşdə iki ölkə bir daha münasibətlərin genişlənməsi və iqtisadi əməkdaşlıqların inkişafı üçün maraqlı olduqlarını bildirdi.
Təyyibniya həmçinin Asiya İnvestisiya İnkişaf Bankının (AİİB) yaradılması məqsədinə toxunaraq xatırladıb: Bu bank iqtisadi əməkdaşlıqların genişlənməsi, eləcə də infrastruktur layihələrin icrasının maliyyə cəhətindən təmin olunması məqsədilə Asiya ölkələrinə təşviq üzrə yaradılıb.
İranın iqtisadiyyat və maliyyə naziri deyib: Əməkdaşlıqların inkişafının iqtisadi infrastrukturların genişlənməsinə ehtiyaclı olduğunu nəzərə alaraq Asiya İnvestisiya İnkişaf Bankı diqqətini Asiya ölkələrində infrastruktur layihələrin maliyyə təminatına yönəldib.
Təyyibniya deyib: Bu bankın hazırkı sərmayəsi 100 milyard dollardır. İran İslam Respublikasının payı 1,6%-dir və tədrici şəkildə təmin olunacaqdır.
İranın iqtisadiyyat və maliyyə naziri Asiya İnvestisiya İnkişaf Bankının əsasnaməsinin imzalanması ilə bağlı mərasimdə iştirak etmək məqsədilə Pekinə səfər edib.
Nazirin sözlərinə görə, indiyə qədər təsisçi üzv kimi 57 ölkə bu bankın əsasnaməsini imzalayıb.

Teqlər