İyul 03, 2015 17:29 Asia/Baku
  • Ruhani - Amano
    Ruhani - Amano

İran prezidenti MAQATE-nin baş direktoru ilə görüşdə deyib ki, iki tərəfin iradəsi ilə İran ilə agentlik arasında yerdə qalan məsələlər qısa bir zamanda həllolunasıdır.

Həsən Ruhani dünən axşam Tehranda MAQATE-nin baş direktoru Yukiya Amano ilə görüşdə agentliyin mühüm yerinə toxunaraq, deyib: Dinc nüvə fəaliyyətlərinin genişləndirilməsi, həmçinin nüvə silahlarının yayılmaması agentliyin iki əsas vəzifəsidir ki, müvazinətli şəkildə və ayrı-seçkilik olmadan üzvlər qarşısında riayət olunmalıdır.
İran prezidenti əlavə edib: İranın agentliklə şəffaf həmkarlığı bu orqanın bir üzv ilə ən uzun həmkarlıq nümunəsi olubdur.
Ruhani vurğulayıb: Agentliklə 12 ilə yaxın həmkarlıq zamanı İranın nüvə fəaliyyətlərində yayınmanın olmadığının sübut edilməsi dünyanın ümümi fikri üçün ən yaxşı sübutdur.
İran Milli Təhlükəsizlik Ali Şurasının sədri deyib: İran digər üzv ölkələr kimi tam hüquqa malik olmalıdır və bu sahədə heç bir ayrı-seçkilik olmamalıdır.
MAQATE-nin baş direktoru Yukiya Amano da bu görüşdə İranın həmkarlıqlarını yüksək qiymətləndirərək, deyib: Keçmiş təftişlərin ardınca daim bildirmişik ki, İranın nüvə fəaliyyətləri hərbi məqsədlərə doğru heç bir yayınmaya malik olmayıb. Həmçinin İran daim öz öhdəliklərinə sadiq olubdur.

Teqlər