İyul 04, 2015 08:41 Asia/Baku
  • 5+1 Qrupunun tarixi seçimi İranla gələcək münasibətləri formalaşdırır
    5+1 Qrupunun tarixi seçimi İranla gələcək münasibətləri formalaşdırır

İran xarici işlər naziri bildirib ki, İranın müzakirəçi şərikləri tarixi bir seçimlə qarşılaşıblar. Belə ki, onların İranla gələcək münasibətlərini formalaşdırır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü Avstriya paytaxtı Vyanada İranla Altılıq qrupu arasındakı müzakirələrin keçirildiyi yekun mərhələ məkanında hazırlanan video müraciətdə əlavə edib: Onlar müzakirə masasını seçiblər. Lakin hələ də tarixi və önəmli bir seçim qarşısındadırlar.
"Onlar anlaşma və yaxud təzyiq və təhdid arasından birini seçməlidirlər" deyən Zərifin sözlərinə görə, müzakirə tərəfləri əvvəllər heç vaxt bu qədər anlaşmaya yaxınlaşmamışdılar.
İRan xarici işlər naziri deyib: Bəzi qalan ixtilaflara baxmayaraq, heç vaxt bu qədər davamlı nəticəyə yaxınlaşma olmayıb. Bununla belə hələlik heç bir zəmanət yoxdur və gələcək anlaşma şücaət və iradəni tələb edir.
Zərif bildirib: Bəziləri israrla bu qənaətdədirlər ki, iqtisadi təzyiq və hərbi təhdid qarşı tərəfin təslim olması ilə nəticələnə bilər. Lakin İranın müzakirə şərikləri qəbul ediblər ki, təhdid və təzyiq heç vaxt davamlı həll yolu ilə nəticələnə bilməz və yalnız gərginlik və düşmənçiliyi artıracaqdır.
Zərif deyib: İran yaxşı və bərabər bir anlaşmanı imzalamağa hazırdır və belə anlaşma önəmli müştərək problemlərin həlli üçün yeni üfüqləri aça bilər.

Teqlər