İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıqları genişlənir
İyul 04, 2015 11:55 Asia/Baku
-
İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıqları genişlənir
İran İslam Respublikası və Rusiya Hərbi Dəniz Qüvvələri komandanları iki ölkə arasında təhlükəsizlik əməkdaşlıqların genişlənməsinin həll yollarını araşdırıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran ordusu Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Həbibullah Səyyari şənbə günü Rusiya Hərbi Dəniz Qüvvələri komandanı admiral Viktor Çirkovla Sankt-Peterburqda görüşərək Xəzər dənizinin təhlükəsizliyi barədə fikir mübadiləsi aparıb.İran və Rusiya Hərbi Dəniz Qüvvələri komandanları bu görüşdə bildiriblər: Xəzər dənizi təhlükəsizliyi yalnız bu dəniz ətrafındakı 5 ölkənin ixtiyarında olmalıdır və istənilən xarici qüvvənin Xəzər dənizində iştirakı regionun təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur.
Səyyari və Çirkovun məsləhətləşməsi Rusiya Beynəlxalq Dəniz Donanması Sərgisinin kənarında keçirilib.
Teqlər