Nüvə müzakirələri sıx şəkildə davam edir
İyul 04, 2015 19:48 Asia/Baku
İranın nüvə proqramı üzrə İran və 5+1 Qrupu arasında nüvə müzakirələri Vyananın Koburq otelində dayanmadan və sıx şəkildə davam edir. Müzakirələr ixtilafların əsas üç mehvərinin həlli üzrə texniki və siyasi səviyyələrdə keçirilir.
Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, sanksiyaların ləğv edilməsi və onların qayıtmamasının formatı, İranın nüvə proqramı üçün nəzərdə tutulacaq məhdudiyyətlər dövrü və PMD məsələsi əsas ixtilaflardır ki, onların həlli üçün müzakirələr davam edir.İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançinin ABŞ dövlət katibinin müavini Vendi Şerman və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtlə, eləcə də İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin ABŞ-ın energetika naziri Ernest Munizlə müzakirələri bu gün səhərdən Vyananın Koburq otelində başlayıb.
Ötən gün də İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri müavinlər və Salehi və Munizin iştirakı ilə 1 saat yarım müddətinə müzakirə aparıblar.