İnqilab Rəhbərinin bəyanatı
İyul 05, 2015 09:01 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri dünən axşam bütün İran boyu universitetlərin elmi heyətlərinin üzvləri və müəllimlərindən bir qrupu ilə görüşdə müəllimlərin çoxsəyli, mömin və öncül nəslin təlim-tərbiyəsindəki rolunu əvəzsiz adlandırıb və elmi mühitlərdə haşiyəyaratmadan çəkinməni vurğulayaraq, əlavə ediblər: İranın elmi sıçrayışı azalmamalıdır.
Bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayərtullahuluzma Xamenei müəllimin tələbənin qəlbi və ruhunda təbii təsirqoyması və nüfuzunu müstəsna fürsət adlandıraraq, söyləyiblər: Bu imkandan gələcəyə ümidvar, özünəinam hissinə malik, əxlaqlı, böyük stimula və milli qeyrətə malik mömin gənclər yetişdirmək üçün bəhrələnin, İranın inkişafı üçün qüdrətli qollar təlim edin və yetişdirin.O həzrət əcnəbilərdən ehtiyacsızolma, İranın mövqeyini düzgün dərketmə, İranın istiqlaliyyətinə xələlin gəlməsi müqabilində həssaslıq və qətiyyətlilik göstərməyi gənc nəsilə lazım olan digər özəlliklərdən adlnadırıb və belə əlavə ediblər: Möhtərəm müəllimlər öz metodları ilə belə bir nəsli yetişdirsinlər.
İslam İnqilabının Böyük Rəhbəri müəllimləri yumşaq müharibənin komandanları adlandıraraq, onlara müraciətlə belə qeyd ediblər: 8 il Müqəddəs Müdafiənin komandanları kimi bu həyati və dərin mübarizədə əyani iştirakla tələbə gənclərə, yəni yumşaq müharibənin zabitlərinə komandanlıq edib, istiqamətləndirin ki, bu meydan da, bir müqəddəs müdafiədir.
O həzrət İranın dünyanın 16-cı elmi rütbəsini qazanmasını son illər elmi mərkəzlər və universitetlərdəki ardıcıl səylərin nəticəsi adlandırıb və vurğulayıblar: Bu iftixarı İrana nəsib etmiş şövqyaradan elmi sıçrayış bu gün azalıbdır və məsul şəxslər ikiqat ciddi-cəhd göstərməlidirlər ki, elmi irəliləyiş hərəkətdən düşməsin və İranın ehtiyacına uyğun surətdə sıçrayış etsin.
İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsini rəsmilərin humanitar elmlərdə dəyişiklik üçün ciddi səy göstərmələri vacibliyinə həsr ediblər.
O həzrət vurğulayıblar: Bu zəruri dəyişiklik həm universitet və Mədəni İnqilab Ali Şurası və Humanitar Elmlərdə Dəyişiklik Şurası kimi elmi mərkəzlərdə daxili coşqunluğa, həm də məsul orqanların xarici dəstəyinə ehtiyaclıdır.
Həzrət Ayərtullahuluzma Xamenei düşmənlərin planları ilə mübarizədə müəllimlər və ölkənin elmi idarəçilik orqanlarının rolunu mühmü sayaraq, belə qeyd ediblər: Düşmənlərin sanksiyalarda məqsədləri, nüvə məsələsi və ya insan haqları və terrorizm kimi məsələlər deyil, zira onların özləri insan haqlarına zidd və terrorizmin yetişdirilməsinin əsas mərkəzləridirlər.
O həzrət əlavə ediblər: Düşmənlərin hədəfi, İran xalqının layiqli sivilizasiya mövqeyinə nail olmasının qarşını almaqdır və biz öz mövqeyimizi dəqiq tanımaqla ölkənin iftixarla dolu hərəkətini davam etdirməliyik ki, bu prosesdə müəllimlər və elmi məcmuələrin rolu son dərəcə böyükdür.
Bu göürüşün əvvəlində universitetlərin bir neçə müəllimi müxtəlif məsələlər haqda öz baxış və mətləblərini bəyan edib.