Ümudünya Qüds günü; saxta sionist rejimlə mübarizə simvolu
İyul 05, 2015 16:35 Asia/Baku
İran İslam Şurası Məclisinin üzvü deyib: Ümumdünya Qüds günü sionist rejimin artıqtamahlığı ilə mübarizə günüdür.
İran İslam Şurası Məclisi xəbər agentliyinin məlumatına görə, İran parlamentinin üzvü Əbdulvəhid Fəyyazi bu gün Ümudünya Qüds gününu sionist rejimin artıqtamahlığı ilə mübarizə üçün müştərək cəhət adlandırıb və əlavə edib ki, Ümudünya Qüds günü məzlum Fələstin xalqının İsrail adında bir nəhs fenomenlə mübarizə simvoludur.Əbdulvəhid Fəyyazi söyləyib: Ümudünya Qüds günü sionist rejim qarşısında məzlum Fələstin xalqını və bu ölkənin bütövlüyünü müdafiə günüdür.
Fəyyazi bildirib ki, İran xalqı keçmişdəki kimi Ümudünya Qüds günü mərasimində iştirak edərək, Fələstin xalqını dəstəkləyəcək. O, qeyd edib ki, İran xalqı bu il nüvə müzakirələri ilə eyni zamana düşən Ümudünya Qüds günü mərasimində iştirak edərək, sionist rejimi və onun müzakirələrdə xələl yaratmağa can atan müttəfiqlərini nakam qoyacaqdır.
Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə.) tərəfindən Ümudünya Qüds günü adlandırılıb.
Ümudünya Qüds günü mərasimi bu il qarşıdakı cümə günü İslami İranda və digər islami ölkələrdə keçiriləcək.