İyul 06, 2015 08:15 Asia/Baku
  • YUNİSEF İranın Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığa maraqlıdır
    YUNİSEF İranın Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığa maraqlıdır

BMT-nin Uşaq Fondu YUNİSEF-in İrandakı müvəqqəti nümayəndəsi deyib: Bu qurum İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatı ilə əməkdaşlığa çox marağı vardır.

Səhər Beynəlxalq Televiziyasının İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatına istinadlı məlumatına görə, YUNİSEF-in İrandakı müvəqqəti nümayəndəsi Aziocani Mortezzi İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatının sədri Vəhid Qubadi Dana ilə görüşdə əlavə edib: İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatının təhsil və araşdırma müavinliyinin proqramları Qırmızı Xaç və Qırmızı Aypara beynəlxalq cəmiyyətlərinin prinsip, məqsəd və strategiyalarına əsasən tənzimlənib.
Aziocani Mortezzi əlavə edib: YUNİSEF-in 5 illik proqram və məqsədlərinə əsasən İranda iki illik proqramlar təşkil olunur.
YUNİSEF-in İrandakı nümayəndəsi bildirib: Digər təşkilatlarla əməkdaşlıq müqayisəsində YUNİSEF-in İranın Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığı daha yüksək əhəmiyyət kəsb edir. Çünki İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatında uşaqlar və yeniyetmələrlə daha yaxından əlaqə qurmaq olur və onun təsiri də sürətlənəcəkdir.
İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatının sədri Vəhid Qubadi Dana da bu görüşdə bu təşkilatın fəaliyyətlərini açıqlarayaq deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatı Səhiyyə Nazirliyinin əməkdaşlığı ilə "HİV" kimi xəstəliklərin qarşıının alınması barədə proqramları icra etməkdədir. YUNİSEF də bu sahədə İranın Qırmızı Aypara Cəmiyyətinin Gənclər Təşkilatı ilə əməkdaşlıq edə bilər.

Teqlər