"İsrail"in nüvə müzakirələri ilə bağlı planları fiaskoya uğrayıb
İyul 06, 2015 08:21 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deyib: İran İslam Respublikası nüvə müzakirələrini davam etdirməklə sionist rejimin bütün məkrli planlarını məğlubiyyətə uğratdı.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Abbasəli Mənsuri Arani İSNA-ya müsahibədə deyib: 5+1 Qrupu ilə müzakirələrin təşkil olunması İran üçün bir qələbə hesab olunur. Çünki İran İslam Respublikası beləliklə düşmənlərlə psixoloji müharibəsdə qələbə çala bildi.Mənsuri Arani əlavə edib: Düşmənlər milyardlarla dollar vəsaiti sərf edərək İranı təhlükəli ölkə göstərməyə çalışırdılar. Lakin ötən bir ildə bütün dünya bu məsələni anladı ki, İran müəyyən sülhməramlı nüvə fəaliyyətləri istiqamətində hərəkət edir.
İran parlamentinin deputatı sionist rejimin İran və Altılıq qrupunun nüvə anlaşmasına yaxınlaşmasından əsəbiləşdiyinə toxunaraq bidirib: İranın nüvə müzakirə komandası milli mənafeyin qorunmasına əsaslanan anlaşmaya çatmaq üçün bütün səyini göstərir və İran xalqı da bu yolda öz müzakirəçilərini dəstəkləməkdə ciddi iradə nümayiş etdirir.