İyul 06, 2015 08:53 Asia/Baku
  • İran xam neft ixracını ikiqat artıracaq
    İran xam neft ixracını ikiqat artıracaq

İranın neft nazirinin proqramlaşdırma məsələri üzrə müavini deyib: İran sanksiyaların ləğvindən sonra xam neft ixracında hazırkı səviyyəni ikiqat artırmağı nəzərdə tutub.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Mənsur Müəzzəmi Wall Street Journal qəzetinə verdiyi müsahibədə deyib: İran sanksiyalar ləğv olunan kimi xam neft ixracını ikiqat artırmağı və gündəlik 2 milyon 300 min barelə çatdırmağı nəzərdə tutub.
İranın neft nazirinin müavini əlavə edib: Neftin qiymətinin bundan dan artıq enməsi gözlənilmir. Çünki dünya iqtisadiyyatının inkişafının hazırkı prosesi dünya bazarlarında xam neftə tələbatın artdığını göstərir.
Müəzzəmi həmçinin deyib: İran OPEK üzvlərinin istehsal payları sisteminin yenidən tənzimlənməsi ardınca olacaqdır.
Nazir müavininin sözlərinə görə, hazırkı qaydalar OPEK üzvlərinin istehsalı üçün münasib deyildir. İstehsal və potensial bacarığına əsasən istehsal oluna öncəki modelə qayıtmaq lazımdır.
OPEK 2011-ci ildə bəzi üzvlər tərəfindən təyin olunan istehsal paylarına riayət olunmadığına görə, pay sistemini dayandırdı və bu təşkilatın 12 üzvü üçün gündəlik 30 milyon istehsalı nəzərdə tutdu.

Teqlər