Ruhani: İmam Əli (ə) alicənablığı bütün insanlar öyrətdi
İyul 06, 2015 09:07 Asia/Baku
-
İmam Əli (ə) alicənablığı bütün insanlar öyrətdi
İran İslam Respublikası prezidenti deyib: İmam Əli (ə) dünyanın bütün azad insanlarının rəhbəri olaraq mərdliyi bütün insanlara öyrətdi.
Səhər Beynəlxalq Televiziyasının Prezident Aparatının informasiya portalına istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü mübarək Ramazan ayının 19-cu gecəsi və Həzrət İmam Əlinin (ə) yaralandığı gecənin ildönümü ilə əlaqədar şəhid ailələri və fədakarlarla iftar süfrəsində əlavə edib: İmam Əlinin (ə) İslam Peyğəmbərindən başqa heç kimlə müqayisə olunmayacaq yeri vardır.İran prezidenti İmam Əlinin (ə) yolu və hökumətinin davam etdirilməsi üçün səyi vurğulayıb və deyib: Əmirəl-mömininin (ə) hökumətinin xüsusiyyətlərinə çatmaq asan iş deyildir. Lakin İslam Respublikasının bütün fəxri budur ki, o imamın hökumətinin yolundadır və bütün səylər o nurlu yolun davam etməsi istiqamətində olmalıdır.
Teqlər