İyul 07, 2015 14:45 Asia/Baku
  • İran və 5+1 xarici işlər nazirlərinin iclasının ikinci günü
    İran və 5+1 xarici işlər nazirlərinin iclasının ikinci günü

İran və 5+1 xarici işlər nazirləri və onların müavinləri özlərinin ikinci iclasını bu gün Vyanada başlayıblar.

IRIB-nin məlumatına görə, İran və 5+1 xarici işlər nazirləri və onların müavinlərinin birinci iclası dünən axşam keçirilib. Bu iclas nüvə danışıqlarının gedişi, eləcə də nüvə razılaşmasına nailolma prosesindəki ixtilaflı məsələlər sahəsində ən yeni dəyişikliklərə ayrılıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika və Rusiyadan olan həmkarları, eləcə də Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru ilə ikitərəfli görüşlər keçirib.
Zərif müxbirlərə deyib: Bəzi ixtilaflar qalmaqda davam edir və biz ciddi şəkildə işləyirik.
7 iyul möhlətinin başa çatması ərəfəsində İran və Altılıq ehtimal olunan nüvə razılaşmasına nail omağa yaxınlaşıblar.

Teqlər