Bu gün Həzrət İmam Əlinin (ə) şəhid olmasının ildönümü günüdür
İyul 08, 2015 08:45 Asia/Baku
Bu gün 17 tir, 8 iyul, 21 ramazan dünya şiələrinin birinci imamı HƏzrət İmam Əlinin (ə) şəhadətinin ildönümü gününə təsadüf edir.
1396 il öncə məhz belə bir gündə 40-cı hicri qəməri ili ramazan ayının 21-də əziz İslam Peyğəmbərinin (s.ə.s) canişini Əli İbn Əbitalib (ə) şəhid oldu.Mübarək ayının 19-u İmam Əli (ə) sübh namazı qılmaq üçün Kufə məscidinə getdi və səcdəyə getdiyi zaman xəvariclərdən biri İbn Mülcəm Muradi zəhərli qılıncı onun başına endirdi. İki gün sonra həmin yaralar üzündən Həzrət Əli (ə) dünyaya gözünü yumdu və həmişə arzuladığı səadət, yəni Allah yolunda şəhadəti əldə etdi.
Bu şəhadət və müsibət islama və müsəlmanlara ağır zərbə vurdu. Bununla belə o həzrətin həyat tərzi, eləcə də hökumətinin forması və dəyərli çıxışları hazırda əsrlərin keçməsinə baxmayaraq, ədalət və həqiqət yolçularının çırağına çevrilib.
Nəhcül-Bəlağə Həzrət Əlinin (ə) sözlərinin seçməsidir ki, fəsahət və bəlağətdə misilsizdir.
İran İslam Respublikası Teleradio Təşkilatı dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü ilə bağlı bütün müsəlmanlar və digər azadlıqsevərlərə başsağlığı verir.