İyul 08, 2015 13:57 Asia/Baku
  • İran XİN Ümumdünya Qüds Günü ilə bağlı bəyanat yaydı
    İran XİN Ümumdünya Qüds Günü ilə bağlı bəyanat yaydı

İran İslam Respublikası Xarici İşlər Nazirliyi dünya müsəlmanları və azadlıqsevərlərini Ümumdünya Qüds Günü yürüşlərində iştiraka dəvət edərək Fələstin xalqının azadlıq amalını dəstəklənməsini istəyib.

İran XİN Ümumdünya Qüds Günü ərəfəsində bir bəyanat yayaraq bildirib: Ümumdünya Qüds Gününün bu il qeyd edilməsi elə bir halda baş verir ki, sionist rejimin fitnə odu, təkcə Fələstin və Qüdsdə deyil, bütün Yaxın Şərqi bürüyüb və bu rejimin təkfirçi cərəyanlarla əlbir olması onun vəhşiliyini daha aydın şəkildə nümayiş etdirir.
İran XİN-in bəyanatında bildirilir: Qüdsün tam şəkildə yəhudiləşdirilməsi və qəsəbəsalma yolu ilə onun tarixi və sivilizasiya kimliyini dəyişməsi üçün sionist rejimin planlaşdırılmış səyi regionda təhlükə siqnalını çalır və arzuolunmaz vəziyyət yaratmışdır.
Bəyanatda əlavə olunub: Fələstin ərazilərinə, o cümlədən Qəzzəyə təcavüzkar hücumların avam etməsi bu bölgələri insan faciəsi ilə üzləşdirib.

Teqlər