İranda Qədr gecəsinin ayinləri keçirilib
https://azeri.sahartv.ir/news/İran-i195703-İranda_qədr_gecəsinin_ayinləri_keçirilib
3-cü Qədr gecəsinin xüsusi ayinləri İslami İranın hər bir yerində, xüsusilə də Məşhəd və Qum şəhərlərində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2015 04:39 Asia/Baku
  • İranda Qədr gecəsinin ayinləri keçirilib
    İranda Qədr gecəsinin ayinləri keçirilib

3-cü Qədr gecəsinin xüsusi ayinləri İslami İranın hər bir yerində, xüsusilə də Məşhəd və Qum şəhərlərində keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu mərasimdə müsəlmanlar xalis qəlblə Allah-taala dərgahndan dünya məzlumlarının əlini tutulması, xəstəliyin aradan qaldırılması, müsəlmanların səadəti və İmam Zamanın (əc) zühurunun tezləşdirilməsini istəyiblər.
Rəvayətlərdə Quranın nazil olmasının vurğulandığı Ramazan ayının 23-cü gecəsində "ilahi əfv et" sədası hər yeri bürüyüb.
3-cü Qədr gecəsində həmçinin günahların bağışlanması Allah-taala dərgahından istənilib.
Məşhəddə İmam Rzanın (ə) və Qumda Həzrət Məsumənin (s.ə) ziyarətgahlarında əhya saxlayanlara səhərə qədər ibadətlə məşğul olub və öz münacatları ilə bu müqəddəs məkanın ətirli mənəviyyatını artırıblar.