İyul 10, 2015 09:26 Asia/Baku
  • Zərif Kerri və Hamondla məsləhətləşmə edib
    Zərif Kerri və Hamondla məsləhətləşmə edib

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yekun nüvə anlaşmasının əldə olunması üzrə məsləhətləşmələrin davamında ABŞ dövlət katibi və İngiltərə xarici işlər naziri ilə bir daha Vyanada müzakirə aparıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bundan öncə yekun nüvə anlaşmasının əldə olunması üçün müzakirələr iki dəfə uzadılıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerri ilə müzakirədən öncə müzakirələrdə irəliləyişin olduğunu və ehtiyac olduğu zamana qədər müzakirələrin davam edəcəyini bildirib.
Con Kerri də bu görüşdən öncə jurnalistlərə bildirib ki, tələsik addım atmırıq və kiminsə bizi tələsdirməsinə imkan vermirik.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif həmçinin Koburq otelində İngiltərə xarici işlər naziri Filip Hamondla görüşərək danışıqlar aparıb. Məsləhətləşmələrin mehvəri ixtilaflı halların həlli üzrə olub.
İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi ABŞ dövlət katibinin müavini Vendi Şerman və ABŞ prezidenti Barak Obamanın xüsusi köməkçisi Robert Mali ilə danışıqlar aparmaqdadırlar.

Teqlər